"Barsa"nın yeni transferini və prezidentini bu cür ələ saldı - VİDEO

“Barselona”nın sabiq futbolçusu Xristo Stoiçkov komandanın yeni transferi Paulinyonu və klub prezidenti Xosep Maria Bartomeunu ələ salıb.

 

Sportinfo.az xəbər verir ki, Paulinyo təqdimat mərasimində topla müəyyən texniki fəndlər göstərməyə çalışıb. O, üç toxunuşdan sonra topa nəzarəti itirib. Bu məqamı nəzərə alan Stoiçkov video paylaşıb.  

 

Videoda Bolqarıstan futbolunun əfsanəsi uzun müddət topla jonqlyorluq edir. O, videoya belə bir şərh də əlavə edib: “Barto, mən sərbəstəm”.

 

90-cı illərin ilk yarısında “Barselona”da çıxış edən Stoiçkov 4 dəfə İspaniya çempionu olub, Çempionlar Liqasını, UEFA kubokunu və Avropa superkubokunu qazanıb.

 

Tarix: 20 Avqust 14:07    Oxunub: 249    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Sentyabr 2017
21 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.