"Qarabağ" ÇL-da qrupa düşmək istəyirsə, bunu gözdən qaçırmasın - VİDEO

Danimarka çempionatında 6-cı turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, empionlar Liqasının pley-off mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Kopenhagen" də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda "Senderyuske" ilə qarşılaşıb. Beş qolun vurulduğu oyunda qələbəni "Qarabağ"ın rəqibi bayram edib - 3:2. "Kopenhagen"iə qələbə gətirən qolları Kasper Kusk, Benyamin Vrbiç və Andriya Pavloviç vurub.
 
Ağdam klubunun rəqibi cari mövsümdə qazandığı 2-ci qələbədən sonra xalını 9-a çatdırıb və hazırda 14 iştirakçı arasında 4-cüdü. 

 

"Qarabağ"la "Kopenhagen" arasında Bakıda baş tutan ilk oyunda Azərbaycan çempionu 1:0 hesablı qələbəyə sevinib. Tərəflər arasındakı cavab görüşü avqustun 23-də Danimarkada keçiriləcək.

 

Tarix: 20 Avqust 13:38    Oxunub: 499    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.