Debütantdan daha iki transfer - hücumçu və müdafiəçi aldı

SPAL heyətini iki yeni futbolçu ilə gücləndirib. Sportinfo.az xəbər verir ki, A Seriyasının debütantı elitanın digər təmsilçisi "Kalyari"nin hücumçusu Marko Boryellonu və müdafiəçi Bartoş Salamonu heyətinə qatıb.

 

Bu barədə Ferrara təmsilçisinin rəsmi saytı məlumat yayıb. Salamon bir illik icarəyə götürülüb. 26 yaşlı polşalı futbolçu ümidləri doğruldacağı halda, SPAL gələn yay onun transfer hüququnu da ala bilər.

 

Polşa yığmasında da çıxış edən müdafiəçi karyerası ərzində ancaq İtaliya klublarının ("Breşiya", "Foccia", "Milan", "Sampdoriya", "Peskara") formasını geyinib.

 

Debütant İtaliya yığmasının sabiq hücumçusu Boryellonu isə birdəfəlik alıb. Ötən ay "Kalyari" ilə 1+1 şərti ilə yeni müqavilə bağlayan 35 yaşlı forvard SPAL-la 2 illik anlaşmaya imza atıb.

 

Marko karyerası ərzində "Trevizo", "Triestina", "Milan", "Empoli", "Reccina", "Sampdoriya", "Cenoa", "Roma", "Yuventus", "Vest Hem", "Karpi" və "Atalanta" klublarının şərəfini qoruyub.

Tarix: 20 Avqust 13:25    Oxunub: 243    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.