RAHİD: "Avroliqanın qrupunda bir neçə dəfə oynamışıq. İndi hədəf Çempionlar Liqasıdı”

“Bilirdik ki, ağır oyun olacaq. “İnter” keçən il də yaxşı oyun nümayiş etdirirdi. Çətin də olsa, sonda istədiyimizə çatdıq” - Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Premyer Liqanın ikinci turunda “İnter”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

 

Yarımmüdafiəçi qeyd edib ki, hazırda çempionatda zəif komanda yoxdu: “Rauf Əliyev və Nizami Hacıyevi çıxsaq, “İnter” keçənilki komandadı. Bizim də heyətimizdə çoxlu dəyişiklik olmuşdu bu oyunda. Ümumiyyətlə, çempionatımızda bütün oyunlar belə çətin keçir. Hazırda zəif komanda yoxdur. “İnter”in də zəif olduğunu deməzdim”.
 
Əmirquliyev Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Kopenhagen”ə qarşı səfərdə keçirəcəkləri matçdan da söz açıb: “Kopenhagen”in necə komanda olduğunu Bakıda gördük. Çox güclü rəqibdir. Evdə qələbə qazanmağımıza baxmayaraq, cavab matçı çox çətin olacaq. Bu səbəbdən də görüşə tam gücümüzlə hazırlaşırıq. Bütün fikrimizi həmin oyuna yönəltmişik. Əlimizdən gələni edəcəyik ki, Bakıya sərfəli nəticə ilə qayıdaq”.
 
O qeyd edib ki, “Qarabağ” bu mövsüm UEFA Avropa Liqasının deyil, Çempionlar Liqasının qrupunda oynamağı hədəfləyir: “Komandada hər hansı rahatçılıq yoxdur. Məqsədimiz Avroliqanın yox, ÇL-in qrupunda oynamaqdı. Avroliqanın qrupunda bir neçə dəfə oynamışıq. İndi hədəf Çempionlar Liqasıdı”.

Tarix: 20 Avqust 09:31    Oxunub: 152    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Noyabr 2017
22 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.