"Qarabağ"a qarşı hirs və enerji

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Kopenhagen"  Danimarka Super Liqasında VI tur matçına çıxıb. Sportinfo.az xəbər verir ki, rəqib "Sonderyuske" olub.

 

"Parken" stadionunda keçirilmiş oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 27-ci dəqiqədə Kasper Kusk açıb. Lakin 59-cu dəqiqədə "Sonderyuske"dən Kristian Yakobsen, 62-ci dəqiqədə Mikael Uhre fərqlənib.

 

"Kopenhagen" 81-ci dəqiqədə Benjamin Verbiçlə bərabərlik, 84-cü dəqiqədə isə Andriya Pavloviçlə qələbə topunu vurub. Gərgin geçən ikinci hissənin sonuna baş hakim 8 dəqiqə əlavə edib.

 

Bu qələbə sayəsində "Kopenhagen" xallarını 9-a çatdıraraq, 4-cü pilləyə yüksəlib. 8 xala malik "Sonderyuske" isə 6-cıdır.

 

"Kopenhagen" növbəti görüşünü elə "Parken" stadionunda "Qarabağ"a qarşı keçirəcək. Avqustun 23-də baş tutacaq cavab oyunu saat 22:45-də başlanacaq. Bu komandalar arasındakı ilk matçda "Qarabağ" qalib gəlib - 1:0. 

Tarix: 20 Avqust 08:39    Oxunub: 221    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Noyabr 2017
22 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.