Kamran Ağayevin klubu doğma meydanda darmadağın oldu

Çexiya çempionatında 4-cü turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav" da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda Libereç "Slovan"ı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.

 

Əvvəlki turlardakı kimi, Kamran bu görüşün də iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə qarşılaşmanın iştirak ərizəsində yer almayıb.

 

Geridə qalan turlarda cəmi 1 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 15-ci pillədə qərarlaşıb.

Tarix: 20 Avqust 00:46    Oxunub: 157    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Sentyabr 2017
21 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.