"Onlar qaytarılsın, yoxsa milli komandanı tərk edirik" - BACILAR

Qılıncoynatmada gərginlik yüksək həddədir. Yayılan məlumata görə, idmançılar və məşqçilər 26 aydır maaşlarını almırlar. Srağagün federasiyada keçirilən seçkilərdən sonra durum daha ağırlaşıb.

 

AQF-in prezidenti Nazim İbrahimov bu dəfə komandasını 1-ci vitse-prezident Yaşar Məmmədov və baş məşqçi Fikrət Vəliyevsiz qurdu. İndi bu şəxslər keçmiş sayılırlar.

 

Sportinfo.az xəbər verir ki, seçkinin nəticəsi sablya üzrə milli komanda üzvlərinin etirazına səbəb olub. Bakı-2015 ilk Avropa oyunlarının əkiz mükafatçıları Sevil və Sevinc Bünyatova bacıları federasiyanı fəaliyətsizlikdə ittiham ediblər.

 

Adı 2-ci çəkilən idmançımız öz feisbuk səhifəsində qeyd edib ki, AQF maliyyə ayırmaması üzündən, onlar 19-30 avqustda Tayvanın paytaxtı Taypeydə keçiriləcək 29-cu Ümumdünya yay universiadasına qatıla bilmədilər. Bacıların bəyanatında, Yaşar Məmmədov və Fikrət Vəliyev federasiyada olmayıqca, onlar qılıncoynatmanı tərk edəcəklər.

Tarix: 19 Avqust 13:24    Oxunub: 159    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Sentyabr 2017
21 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.