Azərbaycanlı müğənni kimlərin arasına düşdü? - FOTOREPORTAJ

Azəraybaycan Kikboksinq federasiyası, Gənclər və İdman Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirdə Azərbaycanın 17, Gürcüstanın 2 və Pakistanın 1 idmançısı iştirak edəcək. 

Musavat.com xəbər verir ki, döyüşlər 7 çəki dərəcəsi üzrə (57, 60, 63.5, 67, 75, 86, 91+ kq) WAKO qaydalarına uyğun olaraq K-1 stilində və hər biri 3 dəqiqə olmaqla 3 raund olacaq. Döyüşlər 1 əsas final mərhələsindən ibarət olacaq. 
Yarışla bağlı avqustun 18-i mətbuat konfransı təşkil edilib. Tədbirdə federasiyanın birinci vitse-prezidenti Güloğlan Cabbarov, yarışın təşkilatçısı, məşqçi Rəhim Abbasəliyev, baş məşqçi Elşən Abdulrəhimov, federasiyanın Sumqayıt şəhər filialının prezidenti Ədalət Şükürov və idmançılar iştirak edib.

Tədbirdə ilk olaraq federasiyanın birinci vitse-prezidenti Güloğlan Cabbarov çıxışı edib. O, çıxışı zamanı deyib ki, bu yarış federasiyanın təşkil etdiyi növbəti beynəlxalq yarış olacaq: “İdmançılarımız, döyüşçülərimiz çox yaxşı nəticələr göstərirlər. Bu yaxınlarda İran İslam Respublikasının idmançıları ilə keçirilən yarışda komandamız 6-1 hesabı ilə qalib gəldilər. Bu və buna bənzər bir çox uğurlarımız var. İdmançılarımız bayrağımızı müxtəlif ölkələrdə dalğalandırır, medallar, kuboklar qazanırlar. Bu yaxılarda Avropa Çempionatı keçiriləcək. Hazırda idmançılarımızı ora hazırlaşdırırıq. Ardından Dünya Çempionatı baş tutacaq ki, orada da uğur əldə etmək üçün əlimizdən gələni edəcəyik.


Təəssüf ki, Adil müəllim burada bu gün iştirak edə bilmədi. Hazırda xaricdə vacib səfərdən geri dönür. Amma sabahkı bu mötəbər yarışda Adil müəllim iştirak edəcək”.

Federasiyanın Sumqayıt şəhər filialının prezidenti Ədalət Şükürov da idmançılara uğurlar arzu edib: “Sabah çox gözəl bir məkanda güclü bir idman yarışı keçiriləcək. Düşünürəm ki, ölkəmizi təmsil edən idmançılarımız çox yaxşı nəticə göstərəcəklər. Bu tipli yarışlara dəstək verən hər kəsə, şirkətlərə təşəkkür edirəm. Hər birinizə uğurlar arzu edirəm”
Tədbir sonunda yarışda iştirak edəcək idmançılar tərəzi üzərinə çıxıblar. Onların çəki dərəcələri hesablanıb.

 

Tarix: 19 Avqust 08:24    Oxunub: 90    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Sentyabr 2017
21 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.