Vəzifəli adamların milli üzvləri ilə görüşü - FOTOREPORTAJ

Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidentləri Süleyman Mikayılov və Rövşən Hüseynov dünya çempionatına yollanacaq milli komandanın üzləri ilə görüşüb. Sporinfo.az xəbər verir ki, yığıncaqda boksçularla yanaşı, ABF-in baş katibi Nağı Səfərov, yığmanın rəisi Anar Məmmədov və məşqçilər korpusu iştirak ediblər.

 

Komandanın hazırkı durumu ilə maraqlanan S. Mikayılov Almaniyanın Hamburq şəhərində keçiriləcək mundialda hər bir boksçumuzdan uğurlu çıxış gözlədiyini bildirib. O, əvvəlki dünya çempionatında olduğu kimi bu dəfə də yığmamızın azarkeşləri sevindirəcəyinə ümid etdiyini deyib.

 

Komandamızın baş məşqçisi Leonid Loivski təlim-məşq toplanışlarının plana uyğun getdiyini və milli üzvlərinin yarışa tam hazır olduğunu vurğulayıb. Bildirib ki, dünya çempionatına lisenziya qazanan hər bir boksçu mundialda medal qazanmaq gücündədir.

 

Yığma üzvləri Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) Hamburqda mükafata iddialı olacaqlarını deyiblər. Baş katib Nağı Səfərov və vitse-prezident Rövşən Hüseynov da komanda üzvləri ilə fikir mübadiləsi aparıblar.

 

Qeyd olunub ki, lazımı təlim-məşq toplanışı keçən millimiz son analoji yarışlarda olduğu kimi bu dəfə də ölkəmizi layiqincə təmsil etməyə hazırdı. Ardınca gənclərdən ibarət yığmanın baş məşqçisi Vaqif Şirinov komandası barədə məlumat verib.

 

O bildirib ki, heyətdə güclü boksçular cəmləşib və parlaq gələcək vəd edirlər. Dünya çempionatına lisenziya qazanan Abdulqadir Abdullayev (91 kq) dünya çempionatına yollanmayacaq. Həkimlər hazırlıqda zədələnən boksçunun rinqə çıxmasına icazə verməyiblər.

 

 

Tarix: 19 Avqust 00:53    Oxunub: 136    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.