Millimizin yarımmüdafiəçisi: "Məni tanıyan hər kəs bilir ki..."

Üçüncü oyunumuzu keçirdik. Bəzi oyunçularımızın əhval-ruhiyyəsi aşağı idi. Bilmirəm, nəyə görə özünəinam hissini itirməliyik?".

 

Sportinfo.az-ın məlumatına görə, bunu "Aue"də çıxış edən Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov "Braunşveyq"lə 1:1 hesablı heç-heçə etdikləri II Bundesliqanın III tur matçından sonra deyib.

 

Vurduğu qolla komandasına ilk xalı qazandıran 27 yaşlı hücumçu əvvəlki qarşılaşmalarda da belə şanslarının olduğunu bildirib. O, ilk 2 turda xalsız qalmalarının səbəbini belə izah edib: "Bilirdik ki, yerlə uzun ötürmələrlə oynasaq, problemlərimiz arxada qalacaq.

 

Amma iki fut hündürlükdən gələn ötürmələr zamanı havada heç nə udmaq olmaz. Biz də bunu nəzərə alaraq, çıxış etdik və şansımızdan yararlandıq. Qarşıda hələ bütöv mövsüm var. Daha yaxşı nəticələrimiz irəlidədir. Növbəti turda "Nürnberq"lə görüşdə 3 xal qazanacağıma ümidvaram".

 

24-cü dəqiqəsində künc zərbəsindən ötürülən topdan sonra nəzarətsiz qalan Nazarov birbaşa tora göndərib. Təcrübəli futbolçu məhz belə zərbələri sevdiyini vurğulayıb: "Məni tanıyan hər kəs bilir ki, geniş məkanda topla oynamağı sevirəm. Yüksəklikdə və ya arxası rəqibə tərəf oynamağı bacarmıram. Uşaqlar möhtəşəm iş gördülər".  

Tarix: 19 Avqust 19:36    Oxunub: 344    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Sentyabr 2017
21 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.