“Barselona” “Betis”lə oyuna xüsusi formada çıxacaq

Barselona matəmə bürünüb. Şəhərdə törədilən terror aktı nəticəsində 13 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

 

Sportinfo.az xəbər verir ki, “Barselona” La Liqanın ilk turunda keçiriləcək “Betis”lə oyuna xüsusi formada çıxacaq.

 

Terror qurbanlarının xatirəsinə hörmət olaraq, formanın arxasında futbolçuların soyadının əvəzinə Barcelona yazılacaq.

 

Ön hissədə isə #TotsSomBarcelona haştaqı (“Biz hamımız Barselonayıq”) yer alacaq. 

 

Futbolçuların qolunda qara sarğı da olacaq. “Barselona” - “Betis” oyunu avqustun 20-də keçiriləcək.

Tarix: 19 Avqust 10:24    Oxunub: 222    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Noyabr 2017
22 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.