Kopenhagendə “Qarabağ”ın oyununa baxmaq neçəyə başa gələcək?

Bakıda keçirilən Çempionalar Liqasının pley-off mərhələsinin ilk ev oyununda Tofiq Bəhrəmov adına Respublika Stadionu indiyə qədər görülməyən bir azarkeş coşqusuna şahid olmuşdu.

 

İlk oyunda 1-0 qələbə qazanan “Qarabağ”ın Kopenhagendəki səfər oyununa da indidən turizm şirkətləri tur paketlər hazırlayıb.

 

Sportinfo.az xəbər verir ki, Kopenhagendə keçiriləcək cavab oyununda “Qarabağ” Azərbaycan futbol tarixində bir ilkə imza ata bilər. Elə buna görə də yazılacaq bu tarixə canlı şahid olmaq istəyənlər də çoxdu.

 

Təklif edilən tur paketdə azarkeşlərin qarşılanma və yola salınma, aviabilet və oyun biletləri də olmaqla hotel xərcləri də daxildir. Qiymətlər isə hotelin və stadionda yerin qiymətindən asılı olaraq dəyişir.

 

Hotel və aviabilet birlikdə 1700 manatdan, stadionda yerlərin qiyməti isə 26 manatdan başlayır. Kopenhagenə getmək üçün viza tələbi olduğundan oyuna getmək istəyən azarkeşlər bir neçə gün öncədən müraciət etməlidi. Oyun avqustun 23-də, Bakı vaxtı ilə saat 22:45 də başlayacaq.

Tarix: 19 Avqust 09:24    Oxunub: 501    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.