Bakıya avqustun 20-də gəlir

Milli komandamızın baş məşqçisi Robert Prosineçkinin Azərbaycana qayıdacağı tarix müəyyənləşib. Sportinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Bakıya avqustun 20-də dönəcək.

 

İki aydan artıqdı ki, ölkəmizi tərk edən çəalışdırıcının belə uzun müddət kənarda qalmasının səbəbi Avropa çempionatının seçmə qrup mərhələsindən sonra postundan gedəcəyidi.

 

Yığma komandamızın qrupdakı mövqeyinin qitə birinciliyinin pley-off mərhələsinə düşmək şanslarının da üstündən xətt çəkməsi AFFA rəhbərliyinin də mütəxəssisin şıltaqlığına göz yummasını şərtləndirib.

 

Millimiz qrupda növbəti oyununu sentyabrın 4-də Bakıda San-Marino yığmasına qarşı keçirəcək. Görüş saat 21:00-da start götürəcək.

Tarix: 18 Avqust 13:24    Oxunub: 325    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.