Messi: "Təslim olmayacağıq!"

Lionel Messi Barselonada törədilən terror aktına münasibət bildirib. Sportinfo.az xəbər verir ki, “Barselona”nın futbolçusu terror nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

 

Avqustun 17-də Barselonada mikroavtobusu turistlərin üstünə sürüblər. Rəsmi məlumata görə, 13 nəfər ölüb, 50 nəfər xəsarət alıb. O, dünyada nifrətsiz və sakit yaşamaq istəyənlərin sayının çox olduğunu, təslim olmayacaqlarını bildirib:

 

“Sevimli Barselonamda baş verən terror aktı nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verirəm. Təslim olmayacağıq. Biz - sakit dünyada nifrətsiz və başqalarına hörmət şəraitində yaşamaq istəyənlər daha çoxuq”.

Tarix: 18 Avqust 11:24    Oxunub: 251    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Noyabr 2017
22 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.