"Kəpəz" "Zirə"yə hazırlaşır

Premyer Liqanın II turunda “Zirə” ilə qarşılaşacaq “Kəpəz” dünəndən matçın hazırlıqlarına start verib.

 

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisini Yevlaxda qəbul edəcək “sarı-göylər” məşqlərə Bakıda başlayıblar.
 
Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında hazırlıq keçir. “Kəpəz” oyundan öncəki son məşqinə matçın keçiriləcəyi Yevlax şəhər stadionunda çıxacaq.

 

Hazırlıq prosesi saat 17:00-a təyin olunub. “Kəpəz” – “Zirə” qarşılaşması avqustun 20-də baş tutacaq.

Tarix: 17 Avqust 18:36    Oxunub: 139    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Noyabr 2017
22 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.