"Barselona"nın yeni transferi

"Barselona" heyətini yeni futbolçu ilə gücləndirib. Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Çinin "Quançjou Everqrand" klubundan Paulinyonu transfer edib.

 

Braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavil imzalanıb. "Barselona" 29 yaşlı futbolçunun transferi üçün Asiya təmsilçisinə 40 milyon avro təzminat ödəyib.

 

Paulinyo 2015-ci ildən "Quançjou Everqrand"da çıxış edirdi. O, Çin klubunun heyətində meydana çıxdığı 63 oyunda 17 qol vurub.

Tarix: 17 Avqust 18:24    Oxunub: 97    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.