“Milan”ın ulduzu İspaniyada

“Milan”ın futbolçusu Karlos Bakka karyerasını İspaniya “Vilyarreal”ında davam etdirəcək. Sportinfo.az xəbər verir ki, 31 yaşlı kolumbiyalı hücumçu 2017/2018 mövsümündə icarə əsasında “Vilyarreal”ın formasını geyinəcək.


Müqavilədə ispaniyalıların onun satınalma hüququna malik olmaları barədə də bənd var. Karlos Bakka 2015-ci ilin yayında “Sevilya”dan “Milan”a keçib. O, İtaliya komandasının heyətində keçirdiyi 70 oyunda 31 qol vurub.

Tarix: 17 Avqust 17:00    Oxunub: 70    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Sentyabr 2017
21 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.