“Eşitmişəm mənə “fərari” deyirlər” - İttihamlardan danışdı

“Azərbaycanda yüngül atletikaya münasibətlə bağlı bir söz demək istəmirəm, ancaq belə bir uğuru orada qazana biləcəyimə də ehtimal vermirəm”.

 

Sportinfo.az xəbər verir ki, bunu Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında Türkiyə yığmasının tərkibində 200 metr məsafəyə qaçışda qızıl medal qazanan  Ramil Quliyev APA-ya müsahibəsində deyib.

 

İdmançı Azərbaycanda ölkəni tərk etdiyinə görə onu günahlandıranlara da münasibət bildirib: “Mənim barəmdə orada “fərari” sözünün işlədildiyini eşitmişəm. Mən ölkəmi sevirəm, hazırda mənim iki vətənim var - bu, “Bir millət, iki dövlət”dir.

 

Ancaq açıq deməliyəm ki, bu uğuru ordakı şərtlər daxilində Azərbaycanda qazanmağım mümkün deyildi. Kim deyirsə ki “ölkəmi sevmirəm” - mən mənasız fikirlər  barədə danışmaq belə istəmirəm. Mən iki ölkənin bayrağını ucaltmışam, bu, oranı tərk edəndən sonra  mənim böyük arzum idi.

 

Düşünürdüm ki, böyük yarışlarda böyük uğurlar qazanacağam. Avropa çempionatında bunun həyata keçirəcəyimə inanırdım, ancaq keçən il çempionatda iqlim çox pis idi, soyuğa görə yaxşı yarışa bilmədim.

 

İslam oyunlarında iştirak etməyim mənim üçün çox mühüm idi. Evimdə məni hərarətlə qarşıladılar. Çox sevincli idim, oradakı  uğurumu daha böyük yerlərdə təkrarlamağım lazım idi. Dünya çempionu olub iki bayraq qaldırmaq mənim üçün böyük xoşbəxtlikdi”.

 

Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə bir neçə gün öncə keçirdiyi mətbuat konfransında Ramil Quliyevi fərari adlandırmışdı: “Ramil Quliyevi "Fənərbaxça"ya biz göndərmişik. Ona icazə verdik. İstanbul klubundan heç kim pul almadı. Ramil Quliyev özü də bunu qeyd etmişdi.

 

Biz onu Azərbaycan çempionatına dəvət edirik. Gəlir və çıxış edirdi. Sonra məlum oldu ki, o, bir müddətdi Türkiyə vətəndaşlığını qəbul edib. Biz onu buraxmırdıq. Beynəlxalq qaydalara görə bir idmançı başqa ölkə vətəndaşlığını qəbul edirsə, 3 il çıxış edə bilməz. Amma Ramil 2 il sonra Türkiyə bayrağı altında çıxış etdi. Niyə? Çünki 1 il idi ki, vətəndaşlığı qəbul etmişdi. İndi də deyirəm, Ramil fəraridir”.

Tarix: 18 Avqust 10:12    Oxunub: 258    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.