PSJ “Real”a məğlub olan “Barsa”nı belə ələ saldı - FOTO

“Barselona”nın İspaniya superkubokunun cavab qarşılaşmasında “Real”a məğlub olmasından PSJ də yararlanıb.

 

Sportinfo.az xəbər verir ki, Neymarı “Barselona”dan 222 milyona transfer edən PSJ bu məğlubiyyətdən yararlanaraq, “Barselona”ya ironik mesaj göndərib.

 

“Real”la qarşılaşmadan dərhal sonra PSJ “tvitter” səhifəsində Neymarın gülümsəyən şəklini yerləşdirib. Fotoda Neymar hər iki əlini yana açaraq, nəyəsə təəccübləndiyini nümayiş etdirərək, gülümsəyir.

 

Neymarın transferi futbol tarixinin ən bahalı keçidi hesab olunur. “Real” İspaniya superkubokunda iki oyunun nəticəsinə görə “Barselona”ya 5:1 hesabı ilə qalib gəlib.

Tarix: 17 Avqust 15:12    Oxunub: 204    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.