Madrid "Real"ının qapıçısı futbolçumuzla komanda yoldaşı oldu

"Xetafe" Madrid "Real"ının qapıçısı Ruben Yanesi transfer edib. Sportinfo.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

 

Lakin 23 yaşlı qolkiperlə 4 illik müqavilə imzalayan La Liqa təmsilçisi onu "Kadis"ə icarəyə göndərib. Yanes qarşıdakı iki mövsümü məhz Sequnda Liqa təmsilçisində keçirəcək.

 

Hansı ki, bu komandada Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov da çıxış edir. "Real"ın yetirməsi olan ispaniyalı qapıçı ölkəsinin gənclərdən ibarət yığmasının da şərəfini qoruyub.

Tarix: 18 Avqust 09:36    Oxunub: 207    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Sentyabr 2017
21 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.