Azərbaycanlı məşhura meydan oxudu: "Səni gözləyəcəyəm” - VİDEO

Hollandiyalı idmançı Errol Zimmerman Azərbaycanın peşəkar kikboksçusu Zabit Səmədova meydan oxuyub. Sportinfo.az xəbər verir ki, döyüşçümüzlə üz-üzə gələcək Errol Zimmerman "Instagram" hesabında məşq zamanı çəkilən videosunu paylaşaq Zabitlə döyüşü səbirsizliklə gözlədiyini bildirib.

 

Zabit isə öz növbəsində həmin videonu paylaşıb və “Səni gözləyəcəyəm” deyə qeyd yazıb. Döyüş 23 avqustda baş tutacaq. Qarşıdurma Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turniri çərçivəsində baş tutacaq.

 

Zabit Səmədovun rəqibi Errol Zimmerman indiyədən peşəkar rinqdə 137 döyüş keçirib və bunlardan 111-də qələbə qazanıb. O, heç bir döyüşünü bərabərliklə başa vurmayıb. Zabit Səmədov isə son olaraq belçikalı rəqibi Fred Sinistranı Türkiyədə məğlub etmişdi.

 

Tarix: 17 Avqust 20:24    Oxunub: 421    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Sentyabr 2017
21 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.