Qurban Qurbanov onlara qənim kəsilib!

“Qarabağ” bu həftə Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” komandasına 1:0 hesabı ilə qalib gəldi və bu mötəbər yarışın qrupuna düşmək üçün yaxşı şans əldə etdi. 

 

Avqustun 23-də bu cütün taleyinə aydınlıq gələcək. “Qarabağ”, yoxsa “Kopenhagen”? Sportinfo.az xəbr verir ki, Ağdam klubu Qurban Qurbanovun rəhbərliyi altında Skandinaviya ölkələrinin təmsilçilərinin qəniminə çevrilib.

 
Qurban Qurbanova qədər komanda iki dəfə (“Müpa-47” Finlandiya, “Kopenhagen” Danimarka) skandinaviyalılarla görüşüb və hər ikisində mərhələ adlaya bilməyib.

 

2009-cu ildən bu günə kimi isə “Qarabağ” 4 dəfə bu yarımadanı təmsil edən ölkələrin komandaları ilə görüşüb və hər dəfə də növbəti mərhələyə vəsiqə qazanıb.

 

Maraqlıdı ki, “Kopenhagen”lə oyunlar da daxil keçirilən 9 matçda Qurban Qurbanovun komandası cəmi 1 dəfə uduzub, amma yekun nəticədə mərhələ adlamağı bacarıb. 9 oyunda “Qarabağ” öz qapısından cəmi 2 qol buraxıb, 11 qol vurub.

 

Qurban Qurbanovun rəhbərliyi dövründə “Qarabağ”la Skandinaviya ölkələri təmsilçilərinin oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

 

2009/2010 – Avroliqa.

Birinci təsnifat mərhələsi

“Qarabağ” – “Rusenborq” (Norveç) – 1:0, 0:0

İkinci təsnifat mərhələsi

“Qarabağ” - “Honka” (Finlandiya) – 2:1, 1:0


2013/14. Avroliqa.

Üçüncü təsnifat mərhələsi 

“Qarabağ” - “Gefle” (İsveç) – 1:0, 2:0

2016/17. Avroliqa

Pley-off  mərhələsi

“Göteborq” (İsveç) – 0:1, 3:0

2017/18. Çemponlar Liqası

Pley-off  mərhələsi

“Qarabağ” – Kopenhagen (Danimarka) – 1:0

“Kopenhagen” – “Qarabağ” - ???

Tarix: 17 Avqust 19:48    Oxunub: 451    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Noyabr 2017
22 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.