“Biz Kamranla maraqlanırıq"

Azərbaycan millisinin üzvü Kamran Ağayevin son durumuna aydınlıq gəlib. Sportinfo.az xəbər verir ki, yeni klubu “Mlada”nın məşqində zədələnən futbolçunun vəziyyəti yaxşıdır.

 

“Mlada” Çexiya çempionatında 4-cü turunda avqustun 19-da doğma meydanda “Slovan”a qarşı keçirəcək. O, yeni komandasında debüt edə bilər. Bu barədə saytımıza milli komandamızın qapıçılar üzrə məşqçisi Faiz Əzizov məlumat verib (sportal.az):
 
“Kamranla maraqlanırıq, zədəsi yüngüldür. Həkim bildirib ki, o, tam sağalmalıdır. Bu səbəbdən də Çexiya Liqasında son turu buraxdı. Növbəti tur “Mlada” evdə “Slovan”la oynayacaq. Kamranın bu matçda forma geyinəcəyi gözlənilir”.

Tarix: 17 Avqust 19:00    Oxunub: 869    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.