Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti oldu

Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvondo Federasiyasının (DTF) vitse-prezidenti təyin edilib.

 

Sportinfo.az-ın ATF-in rəsmi saytına istinadən verdiyi məlumata görə, o, bu etimada qurumun prezidenti Çunqvon Ço tərəfindən layiq görülüb.

 

DTF rəhbər strukturuna seçkiləri müəyyən edilmiş yeni qaydalarına əsasən aparır. Qitələr üzrə seçilmiş taekvondo birliklərinin rəhbərləri birbaşa olaraq DTF-nin vitse-prezidenti postunda yer alır. Digər iki vitse-prezident isə qurumun prezidenti tərəfindən seçilir.

Tarix: 17 Avqust 18:48    Oxunub: 199    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.