"PFL 2 arenada təftiş apardıqdan sonra “Kəpəz” – “Zirə” matçının..."

"Kəpəz” ev oyununun Yevlaxda keçirilməsi ilə bağlı rəsmi məlimat yayıb. Sportinfo.az xəbər verir ki, gəncəlilər 2 məkan arasında seçim edildiyini açıqlayıb:

 

""Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi ilə bağlı işlər davam etdiyindən arenadan istifadə etmək hələ ki, mümkün deyil.
 

Bunu nəzərə alan klub rəhbərliyi Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək ev oyununun keçirilməsi üçün Tovuz və ya Yevlaxdakı şəhər stadionlarından istifadə etməyə razılıq verilməsini xahiş etmişdi.

 

PFL-in əməkdaşları qeyd olunan arenalarda təftiş aparmaqla “Kəpəz” – “Zirə” matçının Yevlaxda təşkili haqda müsbət rəy veriblər. Beləliklə də sözügedən oyun avqustun 20-də saat 17:00-da Yevlax şəhər stadionunda keçiriləcək. 

Tarix: 17 Avqust 17:24    Oxunub: 318    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Noyabr 2017
22 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.