"Hakim “Qarabağ”ın futbolçusuna "qırmızı" göstərsəydi..."

“Epizodun təkrarına baxdıqdan sonra tam əmin olduq ki, hakim “Qarabağ”ın futbolçusuna qırmızı vərəqə göstərməli idi. Bu baş versəydi, matçın nəticəsi başqa cür olardı”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri “Kopenhagen”in katibi Daniel Rommedal klubun rəsmi saytına açıqlamasında deyib.

 

Danimarka klubu Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a uduzuduqları oyunda Ağdam klubunun kapitanı Maksim Medvedyevin 20-ci dəqiqədə top uğrunda mübarizə zamanı Pyer Benqtssonu qəsdən vurduğunu iddia edir.

 

Bununla bağlı UEFA-ya şikayət məktubu göndərən “Kopenhagen” Maksimin həmin epizodda qırmızı vərəqə ilə cəzalandırılmalı olduğunu iddia edir.

 

"Biz müraciətimizin cavabsız qalmasını istəmirik. Ona görə də etiraz məktubunu və insidentin videogörüntülərini UEFA-ya göndərmişik" – deyə klub rəsmisi bildirib.

Tarix: 17 Avqust 15:36    Oxunub: 347    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Sentyabr 2017
21 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.