"Məğlubiyyət acısını yaşamalıyıq"

İspaniya superkuboku uğrunda keçirilən hər iki oyunda “Real”a uduzan (0:2, 1:3) “Barselona”nın müdafiəçisi Xerard Pike matçdan sonra fikirlərini bildirib.

 

Sportinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu İspaniya mətbuatına açıqlamasında əzəli rəqiblərindən geridə olduqlarını etiraf edib:

 

“Komanda və klub olaraq ən yaxşı vaxtlarımızı keçirmirik. Məğlubiyyət acısını yaşamalıyıq və “Real”ın daha yaxşı olduğunu qəbul etməliyik. İndi həmişəkindən daha çox birlik olmalıyıq.

 

Burda olduğum 9 il ərzində ilk dəfə “Real”dan geridə olduğumuzu hiss etdim. Onlara qalib gəlməyimizin üzərindən çox vaxt keçməyib. Yenə məğlub edə bilərik”.

Tarix: 17 Avqust 14:24    Oxunub: 126    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Sentyabr 2017
21 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.