Premyer Liqa klubu ən bahalı keçidini “Suonsi Siti”dən reallaşdırdı

“Everton” heyətini gücləndirib. Sportinfo.az xəbər verir ki, liverpullular islandiyalı Qulfi Siqurdssonu transfer edib.

 

Klubun rəsmi saytından verilən açıqlamaya görə “Suonsi Siti”dən transfer edilən 27 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə bağlanılıb.İngiltərə mətbuatının yazdığına görə bu transfer “Everton”a 45 milyon funt sterlinqə başa gəlib.

 

Bununla da “göylər” klub rekordu qıraraq ən bahalı keçidini reallaşdırmış oldu. O, yeni klubunda 18 nömrəli forma ilə çıxış edəcək. Siqurdson daha əvvəl İngiltərədə “Ridinq”, “Tottenhem”, Almaniyada isə “Hoffenhaym”ın şərəfini qoruyub.

Tarix: 17 Avqust 13:36    Oxunub: 147    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Sentyabr 2017
21 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.