Bakıda yeni yaranan klubun sahibinin iddiası – Premyer Liqa!

Dünən xəbər verdiyimiz kimi, Azərbaycanda yeni futbol klubu Ədliyyə Nazirliyində qeydiyyatdan keçib - "Xəzər" Bakını təmsil edir.
 
Paytaxtda məskunlaşan komanda növbəti mövsümdən I Divizionda mübarizə aparacaq. Artıq Peşəkar Futbol Liqası ilə danışıqlar aparılıb və razılıq əldə olunub.

 

"Xəzər" yaxın günlərdə seleksiyaya başlayacaq. İlk mərhələdə çalışmalar "Sərhədçi" İdman-Sağlamlıq Mərkəzində təşkil olunacaq.
 

Sportinfo.az-ın məlumatına görə, artıq komandanı kimin çalışdıracağı dəqiqləşib. Ötən mövsüm "Səbail"də Elman Sultanovun köməkçisi işləyən Rövşən Qasımov sükan arxasına gətirişlib. Gənc mütəxəssisin qarşısına iddialı kollektiv qurmaq vəzifəsi qoyulub. 


Prezident Mahir Məmmədovdu. Xeyr, o, AFFA İcraiyyə Komitəsinin üzvü, "SOCAR Georgia"nın prezidenti deyil. Sözügedən şəxs iş adamıdı, İngiltərədə ali təhsil alıb. Məqsədi ən qısa müddətdə "Xəzər"i Premyer Liqada görməkdi.

Tarix: 17 Avqust 12:24    Oxunub: 1097    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Sentyabr 2017
21 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.