Lionel Messi Superkubok oyununda Serxio Ramosu söydü - VİDEO

“Real” və “Barselona” arasında keçirilmiş İspaniya Super Kuboku uğrunda cavab matçı zamanı komandaların kapitanları arasında insident baş verib.

 

Sportinfo.az xəbər verir ki, qonaqların hücumçusu Lionel Messi meydan sahiblərinin müdafiəçisi Serxio Ramosu təhqir edib.


Buna oyunun gedişində ispaniyalının argentinalı rəqibini ələ salması səbəb olub. "Real Madrid"in kapitanı ikinci hissədə topu əlinə alaraq, Messi ona yaxınlaşanaq qədər gözləyib, daha sonra isə kənara atıb. Nəticədə hisslərini cilovlaya bilməyən "Barselona"nın lideri rəqibini təhqir edib.

 

Lakin "kral klubu"nun oyunçusu buna məhəl qoymayıb. "Real Madrid" “Barselona”nı səfərdə 3:1, evdə 2:0 hesabı ilə yenərək, tarixində 10-cu dəfə İspaniya Superkubokunun qalibi olub.

 

Tarix: 17 Avqust 11:24    Oxunub: 174    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Sentyabr 2017
21 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.