"Qəbələ" "Qalatasaray"ı sentyabrın 2-də Bakıya gətirir

"Qəbələ" və "Qalatasaray" arasında yoldaşlıq görüşünün təşkili üçün danışıqlara başlanılıb. Sportinfo.az-ın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, matçın sentyabrın 2-də və 3-də keçirilməsi planlaşdırılır.

 

Həmin vaxt milli komandaların oyunları ilə əlaqədar çempionatlarda fasilə yaranacaq. "Qəbələ" - "Qalatasaray" matçının Bakıda təşkili planlaşdırılır.  

 

"Qalatasaray"ın məşqçilər heyəti bu qarşılaşmada yeni transfer Sofian Fequlini sınaqdan çıxaracaq. İngiltərə "Vest Hem"indən alınan 28 yaşlı yarımmüdafiəçi hazırda bərpa dövrü keçir.

 

Əlcəzair millisinin oyunçusu məhz fasilə müddətində hazırlıqlara başlayacaq. Fequli "Qəbələ" ilə görüşdə özünü yaxşı tərəfdən göstərə bilsə, Türkiyə Super Liqasının IV turunda "Antalyaspor"a qarşı səfər matçında forma geyinəcək.

Tarix: 17 Avqust 10:12    Oxunub: 363    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Sentyabr 2017
21 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.