“Qarabağ” 4, “İnter” 3, “Zirə” 2, “Qəbələ” 1 - İKİ 10 BİRDƏN GƏLDİ

“Qarabağ”ın Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində “Kopenhagen” üzərində qələbəsi yubiley xarakterli olub. Sportinfo.az xəbər verir ki, Danimarka çempionu üzərində Tofiq Bəhramov adına Respublika stadionunda 1:0 hesabı ilə xeyrimizə nəticələnən qarşılaşma klublarımızın cari mövsümdə əldə etdiyi 10-cu qalibiyyətdi.

 

Bu matçadək 16 oyun keçirən təmsilçilərimiz 9 dəfə qələbəyə sevinmişdi. Göründüyü kimi, matçların yarıdan çoxunda meydanı qalib tərk etmişik. Keçirilən 17 oyundan 7-də qələbəmiz qeydə alınmayıb - 3 heç-heçə. 4 məğlubiyyət. 

 

Qələbələrin çoxunu “Qarabağ” qazanıb - 4. “İnter”in 3, “Zirə”nin 2, “Qəbələ”nin 1 qələbəsi var. “Qarabağ”ın ÇL-də məğlubiyyətsiz oyunlar seriyası da 10-a çatıb. Ağdam təmsilçisi Avropanın ən nüfuzlu klub turnirində sonuncu dəfə 2 il öncə uduzub.

 

Bu, Şotlandiyada “Seltik”ə 0:1 hesablı məğlubiyyətdi. 2015-ci il iyulun 29-dakı Qlazqodakı həmin görüşdən sonra “Qarabağ” ÇL-də uduzmayıb. Bu isə təmsilçilərimizin turnirdə rekordudu. 

Tarix: 17 Avqust 00:34    Oxunub: 418    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Sentyabr 2017
21 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.