"Kopenhagen" "Qarabağ"ın kapitanından UEFA-ya şikayət etdi

"Kopenhagen" "Qarabağ"a Bakıda 0:1 hesabı ilə uduzduğu Çempionlar Liqasının ilk pley-off matçı ilə əlaqədar UEFA-ya şikayət məktubu ünvanlayıb.

 

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Kopenhagen" "Qarabağ"ın kapitanı Maksim Medvedevin 20-ci dəqiqədə Pyer Benqtssonu top uğrunda mübarizə zamanı qəsdən vurduğunu iddia edir.


Dirsək zərbəsi nəticəsində Benqtssonun evə almacıq sümüyündən qançırla qayıtdığı bildirilir. Həmin vaxt italiyalı referi Paolo Talyavento epizoda heç bir reaksiya verməyib.

 

"Kopenhagen" oyundan sonra UEFA-ya şikayət etməklə, Medvedevin cəzalandırılmasına və onun avqustun 23-də keçiriləcək cavab görüşündə iştirak etməməsinə nail olmaq istəyir.


Klubun katibi Daniel Rommedal bildirib ki, oyun vaxtı zərbənin qəsdən endirilmədiyini və futbolçuya heç bir təsirinin olmayacağını düşünüblər. Onun sözlərinə görə, epizodun videoyazısına baxdıqdan sonra zərbənin həddən artıq qüvvətli olduğu qənaətinə gəliblər:

 

"Biz müraciətimizin cavabsız qalmasını istəmirik. Ona görə də bu gün səhər saatlarında etiraz məktubunu və insidentin videogörüntülərini UEFA-ya göndərmişik".


UEFA belə bir etiraz məktubu aldıqlarını və məsələyə avqustun 17-də baxacaqlarını açıqlayıb. Maksim Medvedev Rəşad Sadıqovun zədəli olması səbəbindən "Kopenhagen"lə ilk oyuna kapitan kimi çıxıb.

 

Avqustun 23-də Danimarka paytaxtında keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.   

Tarix: 17 Avqust 00:24    Oxunub: 381    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Sentyabr 2017
21 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.