Millimizin futbolçularının klubuna azarkeş qadağası qoyuldu

"Bursaspor" Super Liqanın 3-cü turu çərçivəsində qarşılaşacağı "Beşiktaş"la səfər oyununda azarkeşlərinin dəstəyindən məhrum olacaq.

 

Sportinfo.az xəbər verir ki, bu barədə Bursa klubunun yaydığı rəsmi açıqlamada məlumat verilib. Bildirilir ki, dövlət təhlükəsizlik orqanlarının tələbi ilə "Beşiktaş"ın "Vodafone Park" stadionunda keçiriləcək oyunda bursalı tərəfdarlar arenaya buraxılmayacaq.

 

Bu, o qədər də isti münasibətdə olmayan iki komandanın tərəfdarları arasında mümkün qarşıdurmanın qarşısını almaq məqsədilə qərara alınıb.

 

 "Beşiktaş" və "Bursaspor" tərəfdarları əvvəlki mövsümlərdə baş tutan oyunlarda bir neçə dəfə kütləvi davaya səbəb olduqlarından qonaq komandanın azarkeşlərinin səfər matçında stadiona buraxılmaması təcrübəsindən istifadə olunur.

 

"Bursaspor"da Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmaz, eləcə də U-21 millimizin üzvü Ozancan Kökçü də çıxış edir.

Tarix: 17 Avqust 00:00    Oxunub: 164    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Sentyabr 2017
21 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.