Azərbaycanda daha bir qurum çətin durumda - 1 ildi maaş vermir

Son illərdə Azərbaycanda məşhurlaşan idmanın karate növü Azərbaycan Beynəlxalq Bankın sponsorluqdan imtina etməsindən sonra çətin vəziyyətə düşüb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, idmançılar 1 ilə yaxındır ki, maaş üzünə həsrətdirlər. 

 

Azərbaycan Karate Federasiyasının rəhbərliyi maliyyə məsələsində də çətinliyə düşüb. Sportinfo.az xəbər verir ki,  karateçiləri Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) ümidinə qalsa da, maddi yardım ayrılmır.

 

AGİN-in karateçilərimizə diqqət ayırmaması hətta onların məşq etməsinə də mane olur. Beynəlxalq Bankın sponsorluq etdiyi zamanlarda “İnter Arena”da hazırlıq keçən komanda artıq buradan da məhrum olub. Arenanın sahibləri icarə haqqını vermədiyi üçün karateçilərimizin orada məşq etməsini qadağan edib. 

 

Nazirlik federasiyaya sponsor tapacağını bildirsə də, bu məsələyə də diqqət ayırmır. Hətta karateçilərimizin əksəriyyəti fərdi şəkildə məşq edir. Bəziləri isə yalnız xarici ölkələrdə keçdikləri seminarlardan pul alırlar. Kim bu seminarlara gedə bilirsə, müəyyən məvacib əldə edir. Əksəriyyət belə seminarlara qatılmağa da imkan tapmırlar. 

 

Maliyyə çətinlikləri üzündən hətta komanda bir ara da məşqçisiz qalmışdı.  Rəhman Hətəmov həm federasiyanın vitse-prezidenti idi, həm də komandaya baş məşqçilik edirdi. Hazırda çətin vəziyyətdə olan idmançılar bu durumdan çıxmaq üçün yollar axtarırlar. Karate 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.

Tarix: 16 Avqust 20:24    Oxunub: 476    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.