Millimizin heyəti açıqlandı

Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirə turnirində iştirak edəcək 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Sportinfo.az xəbər verir ki, U-19 yığmamıza 21 futbolçu dəvət olunub.

 

Azərbaycan millisinin heyətində Kamran İbrahimov, Rəhman Daşdəmirov, İbrahim Əliyev, Bahadur Həziyev, Pilağa Mehdiyev (hamısı “Neftçi”), Şahin Zəkiyev, Murad Qayalı, Yusif Həsənov, Ricat Qarayev, Ceyhun Muxtarlı, İbrahim Qədirzadə, Rafael Məhərrəmli (hamısı “İnter”), Murad Popov, Əli Sadıxov, Fərid Nəbiyev (hamısı “Qəbələ”), Xəqani Cəfərov (“Qarabağ”), Süleyman Əhmədov (“Sumqayıt”), Hüseyin Seyligli, Mətin Gülər, Ege Atlam (hamısı “Beşiktaş”, Türkiyə) və Barış Əkinciər (“Rot-Veyss Essen”, Almaniya) yer alıblar.

 

Komanda turnirə hazırlıq məqsədilə dekabrın 22-30-da və 2017-ci il yanvarın 2-7-də Bakıda hazırlıq keçəcək. Yarış 2017-ci il yanvarın 7-dən 22-dək Sankt-Peterburq İdman-Konsert Kompleksində təşkil olunacaq.

Tarix: 22 Dekabr 18:49    Oxunub: 277    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.