MilliGüney Azərbaycanın Urmiya şəhərində 13 medal qazandı

Karateçilərimiz İranının Urmiya şəhərində 13-cü beynəlxalq dostluq və həmrəylik turnirini 4 qızıl, 5 gümüş, 4 bürünc medal qazanıb. Sportinfo.az xəbər verir ki, 14-15 yaşlı yeniyetmələrdən Tale Yaqubov (57 kq) 1-ci, Hüseyn Hüseynzadə, Sultan Hüseynov, Hüseyn Məmmədli 3-cü yeri tutub.

 

16-17 yaşlı gənclərdə Hümmət Baxşəliyev (61 kq) 1-ci, Müseyib Məmmədov (55 kq) 2-ci, Kənan Mir Pənah (kata), və Murad Balakişiyev (76 kq) 3-cü olublar. Ustalarda Roman Heydərli (kata) çempion olub, Rafiz Həsənov (67 kq) yalnız finalda uduzub.

 

Komanda çıxışlarında Şahin Atamov, Əli Cəfərov, Rafiz Həsənov, Novruz Əliyev, Pənah Abdullayev, Turqut Həsənov və Məhəmməd İsmayılovdan ibarət heyət yalnız İranın birinci komadasına məğlub olaraq, gümüş medallara sahibləniblər.

 

Emil Güləhmədov, Murad Hacızadə, Oxan Əhədov, Samir İbrahimov, Elcan Məmmədrzayev, Ruslan Əhmədov və Hüseyn Əliyevdən ibarət ikinci komandamız isə Türkiyə komandası ilə birgə 3-cü olub.

 

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Urmiyadə ənənəvi yarışda iştirak edən heyətdə milli komandaların məşqçiləri Şahin Xudaverdiyev, Anar Allahverdiyev, eləcə də beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da yer alıblar.

Tarix: 15 Avqust 00:40    Oxunub: 289    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.