"3 ildi məni aldadırlar! Hanı bəs o pullar? Kimə veriblər?"

Azərbaycanlı uşu-sanda idmançısı Emin İsmayılov bir neçə gün əvvəl özünü Gənclər və İdman Nazirliyinin qarşısında yandırmaq istəmişdi.

 

Bir neçə müddətdi ki, zədəli olan idmançı bu addımı nazirliyin onun müalicəsi üçün pul ayırmamasına görə atmışdı.

 

Sportinfo.az xəbər verir ki, İsmayılov bununla bağlı açıqlama verib. O bildirib ki, dəfələrlə üzündə olan zədəyə görə GİN-ə müraciət etsə də, ona “büdcədə pul yoxdu” deyirlər:

 

“Üzümdə zədə var. Neçə müddətdi ki, bu vəziyyətdəyəm. Təsəvvür edin ki, 3 ildi nazirlik müxtəlif bəhanələrlə məni aldadır. Əməliyyat bir yana, heç müayinənin sənədini təsdiqləmirlər ki, gedib idman reabilitasiya mərkəzində özümü müalicə edim.

 

Nə deyirsən, “yox” cavabı verirlər. Ona görə, məcbur qalıb bu addımı atdım. Deyirlər ki, büdcədə pul yoxdu. Dövlət hər il bizim müalicəmiz üçün nazirliyin balansına pul köçürür. Hanı bəs o pullar? Kimə veriblər?” (qafqazinfo)

 

İsmayılov Gənclər və İdman Nazirliyinin əksər idmançılara belə etinasız yanaşdığını bildirib: “Bunlar bahalı maşınlar sürür, bahalı restoranlarda gəzirlər. Hansı pulla edirlər bunu? İdmançıların hesabına yatırılan pulları yeməklə.

 

Üç ildi ki, mənim kimi idmançını süründürürlər. Bu qədər səbr elədim. Amma artıq dözə bilmirəm. Bircə üzümdə zədə var idi, indi burnum da gedib. Belə olmaz. Ölkə başçımız idmana bu qədər qayğı göstərsə də, bu məmurlar imkan vermirlər”.

Tarix: 15 Avqust 00:34    Oxunub: 579    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.