"Kəpəz” üçün kiçik təsəlli

Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 1-ci tura yekun vurulub. Sportinfo.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.

 

Dörd qolun vurulduğu “Sumqayıt” - “Kəpəz” matçında qalib müəyyənləşməyib. Beş qolluq “Zirə” - “Səbail” görüşündə isə qələbəni meydan sahibləri bayram ediblər. Əvvəlki günlərdə “Neftçi” “Qarabağ”a, “Qəbələ” “İnter”ə qalib gəlmişdi.

 

“Sumqayıt” - “Kəpəz” 2:2
Qol: Tural Bayramlı, 32. Fərid Kərimzadə, 76 - Eltac Mirzəyev, 35. Əli Səmədov, 38.

 

“Zirə” - “Səbail” 3:2
Qol: Muxtar Əliyev, 14; 20. Müşfiq İlyasov, 69 - Raul Yaqubzadə, 8. Nazim Kərimli, 52.

 

13 avqust

“İnter” - “Qəbələ” 2:6
Qol: Oleq Hüseynov, 24-pen. Rafael Məhərrəmli, 56 - Roman Hüseynov, 10. Fərid Nəbiyev, 24. Ülvi İsgəndərov, 45. Sinan Akkoyun, 76-öz qapısına. Baxşəli Baxşəliyev, 90. Tural Məmmərzayev, 90+4.

 

12 avqust

“Neftçi” - “Qarabağ” 1:0
Qol: Fəhmin Muradbəyli, 29.

Tarix: 15 Avqust 00:16    Oxunub: 417    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

12 Dekabr 2017
11 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.