“Borussiya”dan Dembeleyə ağır cəza - Komandadan qovuldu

“Borussiya” futbolçusu Usman Dembeleni qeyri-müəyyən müddətə əsas komandadan kənarlaşdırıb. Sportinfo.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.

 

Bunun səbəbləri barədə əlavə açıqlama verilməyib. Yalnız o qeyd edilib ki, 20 yaşlı fransalı hücumçu A komanda ilə məşqlərə çıxmayacaq və istəyərsə, fərdi qaydada hazırlıq keçə biləcək.

 

Almaniya mətbuatının yazdığına görə, Neymarın PSJ-yə keçidindən sonra adı “Barselona” ilə hallanan Dembele intizamsız hərəkətlər edib. O, icasəsiz olaraq komandanın məşqlərində iştirak etməyib, telefonlara cavab verməyib.

 

“Borussiya”nın Dembeleyə görə “Barselona”dan 150 milyon avro təzminat tələb etdiyi bildirilib. Kataloniya klubunu isə bu məbləğ razı salmadığından transfer düyünə düşüb. Məhz bundan sonra Dembelenin “Borussiya”dan incik düşdüyü iddia olunur.

Tarix: 13 Avqust 16:40    Oxunub: 268    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.