"Bizə deyilmişdi ki, Raufun müqaviləsi başa çatıb, onda niyə "İnter"ə artıq pul ödəməliyik?!"

Millimizdə 7 qol vurmuş Rauf Əliyevin Albaniya çempionu "Kukesi"yə keçidi düyünə düşüb. Sportinfo.az xəbər verir ki, "prosport" bu məsələ ilə bağlı "Kukesi"nin direktoru Naim Halili ilə əlaqə saxlayıb. 

 

Halili bu məsələdə onun sabiq klubu "İnter"i günahkar çıxarıb: "Mən "İnter"i başa düşə bilmirəm. Sizin klub artıq bir dəfə UEFA tərəfindən sanksiyaya məruz qalıb və indi də keçmişdə etdiyi səhvləri təkrarlayırlar.

 

Bu, onlar tərəfindən ədalətli yanaşma deyil. Biz AFFA və futbolçunun özü ilə maraqlanmışdıq. Bizə deyilmişdi ki, onun "İnter"lə müqaviləsi başa çatıb və sərbəst futbolçudu. Belə olan halda biz niyə "İnter"ə artıq pul ödəməliyik?!"ş

Tarix: 13 Avqust 16:27    Oxunub: 548    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.