"Qarabağ" italiyalı hakimlər briqadasına həvalə olundu

"Qarabağ"ın Danimarka "Kopenhagen"i ilə keçirəcəyi Çempionlar Liqasının "pley-off" mərhələsinin ilk oyununa bütün təyinatlar açıqlanıb. Sportinfo.az xəbər verir ki, qarşılaşma italiyalı hakimlər briqadasına həvalə olunub.

 

Baş hakim Paolo Talyaventoya Alessandro Calyatini və Alessandro Kostantso yan xətt, Massimiliano İrrati və Antonio Damato əlavə köməkçi, Filippo Meli isə dördüncü hakim qismində yardım edəcəklər. Hakim-inspektor avstriyalı Frits Stuxlik, UEFA nümayəndəsi bolqarıstanlı Andrey Medintsev olacaq.


FİFA referisi Əliyar Ağayev isə hakimlərlə əlaqələndirici funksiyasını yerinə yetirəcək. Avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" matçı saat 20:00-da başlanacaq.

Tarix: 13 Avqust 16:14    Oxunub: 99    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.