Bakıdan Əziz Yıldırıma təhdid məktubu gedib: "Problemlər böyüdü"

“Fənərbağça”nın başqanı Əziz Yıldırım bu klubun üzvü, Londonda keçirilən dünya çempionatında 200 metr məsafəyə qaçış üzrə birinci yerə çıxıb sensasion qələbə qazanan Ramil Quliyevə görə Bakıdan təhdid məktubu alıb.

 

Sportinfo.az xəbər verir ki, bunu klubun atletizm şöbəsinin başqanı Fikret Çetinkaya Türkiyə mətbuatına açıqlamasında deyib. Bundan əvvəl Ramil Quliyev özü də Bakıdan onu təhdid etdiklərini, Azərbaycana qayıdacağı halda həbslə hədələndiyni “Hürriyet” qəzetinə danışıb.

 

Çetinkaya deyib ki, Ramil Quliyevi Türkiyə idmanına Əziz Yıldırımın razılığı ilə məhz o qazandırıb. “Ramili dəvət etdik, atası ilə birlikdə gəldi. Azərbaycan vətəndaşı olaraq “Fənərbaxça” lisenziyası ilə qaçışlarda iştirak etdi.

 

Buna görə Azərbaycanda problemlər yaşadı. Bir müddət ondan xəbər ala bilmədik. Atası Bakıya dönəndən sonra vəfat etmişdi. Dramatik bir şəkildə başladıq. Azərbaycanla problemlər böyüdü. Ramil Quliyevə Qətərdən, Rusiyadan təkliflər gəlirdi.

 

Ancaq o, “Fənərbaxça”nı tanıyırdı, burada qalmaq istədi. Həyat yoldaşı ilə birlikdə Türkiyəyə yerləşdi. Bu dəfə Azərbaycan Atletika Federasiyası ilə problemlər yaşadıq. Əziz Yıldırımı təhdid edən məktub gəldi. Azərbaycan federasiyasından...”, - Fikret Çetinkaya bildirib.

Tarix: 13 Avqust 14:43    Oxunub: 498    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.