"Dedi, vurum, mən də dedim ki, vur da..." - "Qəbələ"nin kapitanı

Sportinfo.az xəbər verir ki, "Qəbələ"nin kapitanı Cavid Hüseynov Premyer Liqanın ilk turunda "İnter"ə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri oyunlar oyundan sonra müsahibə verib. 

 

- Çempionatın ilk oyunudu və startda bir az ağır oluir. Bilirdik ki, çətin keçəcək. İlk hissənin ortasınadək 2 qol vurduq və sonra rahatlaşdıq. Düzdür, ikinci hissədə topu yaxşı saxladıq, ancaq üstünlüyümüzü əldən verdik. Nəticədə rəqib 1 qol vurdu. İkincini də vurmaq istədilər, ancaq alınmadı. Nəticədə qlaib gəldik.

 

"Qəbələ"də penaltini adətən sən vursan da, bu dəfə belə olmadı...

- Burda qeyri-adi bir şey yoxdu. İndiyədək mən vurmuşam. Filip Ozobiç dedi ki, penaltini mən vurmaq istəyirəm. Dedi ki, vurum, vurum...Mən də dedim ki, vur da.

 

Bu hərəkətinə görə komanda yoldaşından küsdün?

- Yox, sadəcə, sonra özü gəldi ki, belə-belə...

 

Etdiyi xətrinə dəydi?

- Yox, niyə dəyir ki? Üzr istəyir, sadəcə nəsə...

 

Bu mövsüm çempionluq şanılarını necə dəyərləndirərdin?

- Çətin, çox çətin olacaq. Belə oyunumuzla çempionluq görünmür. 

 

Deməli, komandanın oyunundan narazı qalmısan?

 - Əlbəttə, belə oyunla kim razı olar ki? İstər öz, istərsə də komanda oyunundan razı deyiləm.

Tarix: 13 Avqust 13:38    Oxunub: 345    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.