Azərbaycanlı oğlan Türkiyə klubunun prezidentini ağlatdı - FOTO

“Fənərbağça”nın prezidenti Əziz Yıldırım bu klubun azərbaycanlı idmançı Ramil Quliyevi təbrik edib. Sportinfo.az xəbər verir ki, o, “sarı bülbüllər”in televiziya kanalına canlı yayımda bunları bildirib.

 

200 metr məsafəyə qaçışda Ramil Quliyev həm özünün, həm də Türkiyənin ilk qızıl medalını qazanıb: “Ramilin uğuru basketbolda Avropa çempionu olan komandamızın nailiyyəti ilə eyni dərəcədədir, hətta ondan daha üstdədir. Çünki burda fərdi mübarizə var. O, komanda idmanı idi, bu isə fərdi.

 

Özü də bu gün 2 dövlət, tək millətin uşağı olaraq qaçmışdır. Bu axşam ağlayacaq durumdaydım. Çox qürurluyam. Belə bir uşağımızın dünya çempionu olmasına görə fəxr edirəm. İnşallah, digər idmançılarımız da bunları bacarar”.

Tarix: 13 Avqust 12:46    Oxunub: 367    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.