“Qarabağ”a məğlub olan komandanı oğlu çalışdıracaq

PAOK-un yeni baş məşqçisi bəlli olub. Sportinfo.az xəbər verir ki, PAOK-u bundan sonra Rezvan Luçesku çalışdıracaq. Mirça Luçeskunun 48 yaşlı oğlu bu postda serb Aleksandr Stanoeviçi əvəzləyib.

 

Maraqlıdı ki, Stanoeviç PAOK-a bu ilin iyunundan başçılıq edirdi. Komanda onun rəhbərliyi altında cəmi 2 oyun keçirmişdi. PAOK Avropa Liqasının 3-cü təsnifat mərhələsində Ukrayna “Olimpik”ini mübarizədən kənarlaşdırmışdı - 1:1, 2:0.

 

Saloniki təmsilçisi Avroliqanın ötən mövsümündə "Qarabağ"la bir qrupda yer almış, təmsilçimizə qarşı keçirdiyi hər iki oyunda məğlub olmuşdu (0:1, 0:2). 

Tarix: 13 Avqust 11:41    Oxunub: 253    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.