Erməni baş məşqçi bir daha azərbaycanlı futbolçuya...

Aleksandr Qriqoryan "Anji"nin baş məşqçi postundan istefa verib. Sportinfo.az xəbər verir ki, 50 yaşlı mütəxəssis qərarını Premyer Liqanın VI turunda Moskva "Dinamo"suna 1:3 hesablı ev məğlubiyyəti ilə nəticələnən oyundan sonra açıqlayıb.


Erməni baş məşqçi qərarını ardıcıl məğlubiyyətlərlə əlaqələndirib. "Anji" ilk 6 tur ərzində cəmi 1 qələbə qazandığı halda, qalan 5 matçda uduzub. Hazırda Mahaçqala təmsilçisi 3 xalla 16 komanda arasında 15-cidir.

 

"Anji"də Moskva "Spartak"ından icarəyə götürülmüş əslən azərbaycanlı futbolçu Ayaz Quliyev də forma geyinir. O, "Dinamo" ilə görüşün 61-ci dəqiqəsindən sonra meydanda olub.

Tarix: 13 Avqust 10:23    Oxunub: 531    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.