"Bu gün onu nə dərəcədə razı saldığımı deyə bilmərəm"

Sportinfo.az xəbər verir ki, "Qəbələ"nin yarımmüdafiəçisi Elvin Məmmədov keçmiş komandası "İnter"i səfərdə 2:1 hesabı ilə yendikləri Premyer Liqanın 1-ci tur matçından sonra brifinq keçirib. :

 

Keçmiş komandanıza qalib gəldiz. İlk qolu da sən vurdun. Oyunundan razı qaldın?
- Sevindirici haldı ki, qol vurdum. Amma birinci oyun istər-istəməz stresli keçir. Qələbə qazansaq da, çatışmazlıq var idi. Qarşıdakı oyunlara baxmaq lazımdı.

 

Son dəqiqələrdə bəxtinizin gətirdiyi ilə razısan?
- Razıyam, rəqibin qapıya doğru 2-3 təhlükəli zərbəsi oldu. Həmin anda bəxtimiz gətirdi. Bizim də fərqi artırmaq üçün şanslarımız oldu. Futbolun gözəlliyi də bundadı. Hər epizod qol olmur. Üçüncü qolu vursaydıq, oyun "sınacaq”dı. Vacib olan 3 xalla başlamaq idi, tapşırığın öhdəsindən gəldik.

 

Avrokuboklardakı uğursuzluğu unuda bilmisiz?
- Avrokubok və çempionat oyunları fərqlidi. Avropa Liqasında məğlub olduq, mübarizəni dayandırdıq. İndi çempionatda yenə yüksək yerlərdən birini tutmalıyıq ki, Avropa macəramız davam etsin.

 

"Qəbələ"dən fərqli olaraq, "Qarabağ” daha hazır görünür. Yenə onların çempion olacağını düşünmək olarmı?
- Çempionatın ilk oyunudu. Bu barədə danışmaq çətindi. Əlbəttə, onların oturuşmuş heyətləri var. "Qəbələ”də isə heyət hər il dəyişir, yeni simalar gəlir. Buna görə də çətinlik olur. Amma mövsüm yeni başlayıb. İndidən dəqiq fikir bildirmək olmaz.

 

"Zirə"də daim top səndə olurdu. "Qəbələ"də isə bir az fərqli tapşırıqlar yerinə yetirirsən. Yeni komandanın oyun dəsti-xətti səni darıxdırmır?
- Bu, baş məşqçinin tətbiq etdiyi sistemdi. O, səni hara qoysa, harada güvənsə, orada oynamalı, maksimum çalışmalısan. Bu gün onu nə dərəcədə razı saldığımı deyə bilmərəm. Oyundan sonra aparılacaq analizlərdən dərs çıxarmaq lazımdı.

Tarix: 13 Avqust 10:10    Oxunub: 227    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.