Araz Abdullayev Kipr klubunu yunanların əlindən aldı - VİDEO

Araz Abdullayev yeni komandası "Anortosis"in heyətində ilk oyununu keçirib. Sportinfo.az xəbər verir ki, 25 yaşlı futbolçu yoxlama görüşü çərçivəsində Yunanıstan "Aris"inə qarşı oynayıb.

 

1:1 başa çatan oyunda Abdullayev meydana 63-cü dəqiqədə daxil olub. Yarımmüdafiəçi 83-cü dəqiqədə komandasını məğlubiyyətdən xilas edən qolu vurub.
 
İlk oyununda qol vuran Abdullayevi Kipr klubu dünən matçdan əvvəl ictimaiyyətə təqdim etmişdi. Müqavilə ilə "Qəbələ"yə məxsus olan futbolçu Famaqusta təmsilçisində 1 illik icarə əsasında çıxış edəcək.

 

Tarix: 13 Avqust 09:18    Oxunub: 484    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.