7 milyon avro təzminat ödəməklə birdəfəlik transfer etdilər

"Fənərbağça" növbəti transferini rəsmiləşdirib. Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Rusiya "Zenit"ində çıxış edən braziliyalı Juliano de Paulanı heyətinə cəlb edib.

 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi Türkiyə nəhəngi ilə 4 illik müqaviləyə imza atıb. Maraqlıdı ki, "Fənərbağça"nın Julianonu icarəyə götürəcəyi bildirilirdi.

 

Lakin Türkiyənin digər Super Liqa təmsilçisi "Trabzonspor"un da bu futbolçunu transfer etmək üçün hərəkətə keçməsi "sarı-lacıvərdlilər"i fərqli qərar qəbul etməyə sövq edib. Belə ki, 1 illik icarə üçün 1 milyon avro ödəyib, mövsümün sonunda əlavə 6 milyon avroya Julianonun transfer hüququnu da almağı planlaşdıran "Fənər" rəhbərliyinin bu istəyi baş tutmayıb.

 

"Trabzonspor" sözügedən oyunçu üçün "Zenit"ə 10 milyon avro ödəməyə hazır olduğunu bildirdiyinə görə, İstanbul klubu Julianonu icarəyə götürmək fikrindən daşınıb. Braziliyalı futbolçunun "Zenit" rəhbərliyinə "Trabzonspor"da yox, "Fənərbaxça"da oynamaq istədiyini deməsi istanbulluların işini bir qədər asanlaşdırıb.

 

Belədə, "sarı-lacıvərdlilər" 7 milyon avro təzminat ödəməklə Julianonu birdəfəlik transfer ediblər. Braziliya yığmasında da çıxış etmiş yarımmüdafiəçi "Parana" klubunun yetirməsidi. O, "İnter", "Dnepr", "Qremio" kimi klublarda da forma geyinib. Rusiya klubuna isə o, geridə qalan mövsümün əvvəlində keçmişdi.

Tarix: 13 Avqust 08:52    Oxunub: 240    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.